Çapa göndər
35 günlük körpə koronavirusa yoluxdu

29 mart 2020 - 18:50

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Qonabad rayonunda 35 günlük körpə koronavirusa yoluxub.
Bunu İranın Qonabad Tibb Elmləri Universitetinin rektoru Cavad Bazeli Tasnim informasiya agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, valideynləri körpədə tənəffüs sistemində simptomların olması ilə xəstəxanaya gətiriblər. Şübhəli vəziyyət olduğu üçün koronavirusla əlaqədar analiz götürülüb və nəticə pozitiv olub.
Bazeli əlavə edib ki, bu yaşda virusa yoluxma halı nadir hallardandır və körpənin vəziyyəti yaxşıdır.