Çapa göndər
Gülağa Tənha "Çörək həsrəti"

25 mart 2020 - 21:42

Təngnəfəs bir zirvəyə gəlib yetişirsən, alnının tərini silib bir də görürsən yamacda ayaq yalın, baş açıq bir uşaq əl-qolu tikanlara bata - bata böyürtkən yığır. Bu mənzərə sənə tanış gəlir, əl eləyib yamacdakı uşağı səsləyirsən və cığırı göstərib yola davam edirsən...


Xeyriyyəçi - şair Gülağa Tənha internat məktəbinə səfər edir. Orada qarşılaşdığı mənzərə uzun illər xatirəsindən silinmir və bu mənzərə "Çörək həsrəti" şeirinin yaranmasına səbəb olur.

 


"ÇÖRƏK HƏSRƏTİ"

 

İnternatda düşüncələr

 

Vətən həsrətilə yaşamaq –
çətin,
Çörək həsrətini anmamışam mən.
Bu gün internatda – bayram günündə,
Çörək həsrətini anlamışam mən.
Bu fani dünyanın üzünə gülən,
Nə olar yolunu bu yerdən sala?
Saray ucaltdıran, qala tikdirən
Bir yol da onların qeydinə qala.
Vətən oğul deyər, millət əzizlər,
Kim olsa onların bu gün pənahı.
Ey vicdanı paklar, qəlbi təmizlər,
Axı körpələrin nədir günahı?
Bu məsum uşaqlar, suçsuz körpələr,
Bir daha çəkməsin çörək həsrəti.
Ata qübarına dönən dərdinin
Üstünə gəlməsin çörək həsrəti.


Gülağa Tənha (Qənbərov) Bakı, Uşaq evi, 18 mart 2003

 

 


Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci #dost #internat #məktəb #fikir #Bayram #Novruz