Çapa göndər
Qubadlı rayonunun Xəndək kəndi erməniləşdirildi

25 mart 2020 - 21:06

30 ilə yaxın müddət ərzində işğal altında qalan Qubadlı rayonunun xəndək kəndi tamamilə erməniləşdirildi. Beləki kəndə xeyli sayda erməni ailəsi köçürülərək kənddə yaşayış bərpa edilib. Kəndin orta məktəbi bərpa edilib, uşaq bağçası tikilib və kəndın ən yüksək ərazisində xaç rəmzi qurularaq ərazinin ermənilərə məxsusluğu tam təmin edildi.

Bəs erməniləşdirilmə nə deməkdir?

Cənubi Qafqaz ərazilərinin xususi ilə Azərbaycan torpaqlarının məcburi surətdə

erməniləşdirilməsi, ruslar tərəfindən duşunulmuş və əsası 1828 – ci ildə elə rusların özləri tərəfindən qoyulmuş tarixi termindir.

Azərbaycan ərazilərin erməniləşdirilmə daha surətli prosesi, XlX əsrin əvvəllərindən rusların təşəbbusu və maliyə dəstəyi ilə başlayaraq bu gunumuzə qədər həyata kecirilməkdə davam edir.

Azərbaycan torpaqlarının erməniləşdirilməsi, ərazilərin zəbt edilməsi,

mənimsənilməsi, əhalinin etnik təmizləmə siyasəti ilə bərabər aparıldığından indi

işğal olunmuş Azərbaycan ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Azərbaycanın coğrafi ərazisi,1813-ci il məlumatına əsasən 410 min kv.km. 1991-ci il məlumatına əsasən isə 86,6 min.kv.km-dir.

Erməniləşdirilmə:

Azərbaycan torpaqlarının dini, etnik, siyasi, mədəni, coğrafi və tarixi baxımdan

rusların təhriki və iştirakı ilə zorla dəyişdirərək ermənilərin mülkiyyətinə vermək, Azərbaycan ərazilərinin ermənilərə verilməsini rəsmləşdirmək üçün saxta və uydurma “subutlar”, “dəlillər” toplayaraq beynəlxalq təşkilatları inandırmaq ucun məqsədli şəkildə davamlı təbliğat kampaniyası aparmaq, torpaqlarını və əmlakını xoşluqla ermənilərə verməyən yerli azərbaycanlıları əsgəri quvvələrin, və separatcı, terrorcu, krimnal təyənatlı silahlı dəstələrin koməyi ilə öz evlərindən zorla qovulmasını həyata kecirən zorakı aksiyadır.

Ermənilər məskunlaşdıqları Azərbaycan ərazilərini mənimsəmək üçün muxtəlif olkələrin arxivlərindəki bu ərazilərlə bağlı sənədləri, tarixi məlumatları və yazılı mənbələri müxtəlif yollarla ya tamamilə məhv edir ya da formalarını dəyişdirərək mənimsəyirlər.

1828-ci ildə rus carı I Nikolayın fərmanı ilə Azərbaycandakı Alban kilsəsini ermənilərə tabe etdirildikdən dərhal sonra, ermənilər albanlara məxsus yazılı sənədləri və tarix və mədəniyyət abidələrini, ermənilərə məxsusluğunu elan etdilər.

Onlara verilən bu fürsətdən istifadə edərək alban dovru yazılı məlumatları erməni dilinə tərcumə edib, sənədlərin əslini məhv edirdilər. Bu baxımdan Alban tarixçisi Moisey Kalankatuklunun “Alban tarixi” kitabı da saxtalaşdırıldı. Belə ki, muəllifin öz ana dilində yazdığı bu kitab, ermənilər tərəfindən erməni dilinə tərcumə edilərək əsli məhv edildi. İndi dünya oxucuları Alban tarixçisi Moisey Kalankatuklunun “Alban tarixi” kitabını yalız erməni dilində oxuya bilirlər.

Bütün dövrlərdə ermənilərin bu fəaliyyəti erməni millətindən olanların butun təbəqələrini əhatə edərək, dovrumuzə qədər gəlib çıxmışdır. Beləki, bu fəaliyyətlə Sovet dövrü Azərbaycanın dovlət orqanlarında yüksək vəzifə tutmuş şəxslərini də əhatə etmişdir.

2009-cu ilin mart ayında Ermənistanın ≪Qospirint≫ nəşriyyatı tərəfindən erməni muəllifləri Şagen Mıkırtıcyan və Şors Davityanın ingilis, rus və erməni dillərində

Nəşr edilən “Şuşa: şəhərin faciəli həyatı” kitabının (Fon Şuşi v fotoprizra-kax) adlanan dorduncu fəslində qeyd edilir ki, Dağlıq Qarabağla bağlı 1922-ci ilə aid bir cox arxiv sənədləri və fotoşəkilər, bir zamanlar Azərbaycanın Komunnist Partiyası Mərkəzi komitəsinin katibi işləmiş Levon Mirzoyan tərəfindən oğurlanaraq Ermənistana oturulmuşdur.

Eləcədə Zaqafqaziya Fedarasiyası, Mərkəzi İcraiyyə Komitəsinin təşəbbusu ilə arxiv ucun lentə alınmış, Dağlıq Qarabağ Muxtar Vilayətinin coğrafi ərazilərinin və tarixi yerlərinin əks olunduğu materialları 1980-ci ildə Marksizm – Leninizm İnstitutunun Bakı filialının kitabxana mudiri işləmiş Nina Abqorovna Manqasaryan tərəfindən oğurlanaraq muxtəlif yerlərdə gizlədilmiş, 10 il sonra yəni 1990-cı ildə Ermənistanın muvafiq orqanlarına təhvil verilmişdir.

Faiq İsmayılov