Çapa göndər
Gülağa Tənha "Zəkalı insanların çox olması dövlətimizin xeyrinədir!"

23 mart 2020 - 22:27

Cənab Prezident İlham Əliyev ağılnan, təmkinlə, tələsmədən görüləcək işləri öz qaydasına qoyur. - deyir Gülağa Tənha.

Xeyriyyəçi - şair Gülağa Qənbərov (Tənha) dünya siyasətini şaxmat oyununa bənzədir və arzulayır ki, Azərbaycanda gedişləri uğurla hesablayan şaxmatçılar yetişdirilsin və şaxmat tacı Vətənimizə gətirilsin. Bu məqamda əlbəttə medal və taclar sinvolik rol oynayır, əsas məğz bilim adamların yetişdirilməsidir. Nə qədər uzağı hesablayan zəkalı insanlar Cənab Prezidentimizin əhatəsində birləşsə dövlətmiz dünya meydanlarında daha dayanıqlı və inkişaf etmiş olar.


Azərbaycanda təhsil alıb, bu torpağın çörəyi ilə böyüyən daha sonra erməniliyini göstərən Harri Kasparov  vaxt gəlir İspaniyanın Liners şəhərində XX kateqoriyalı fövqəlturnirin ikinci turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbovla görüşür. Gənc Teymur Rəcəbov Harri Kasparovu 39 - cu gedişdə sensiyasiyalı gedişi ilə məğlub edir. Daha sonra 2019 - cı ildə Teymur Rəcəbov Dünya Kubokunun sahibi olur.

Qrossmeysterlər Turnirində digər azərbaycanlı zəka ustası Şəhriyar Məmmədyarov (“Şah”) Dünya Çempionu və indiki FIDE reytinq sıralamasında 1-ci yerdə olan norveçli qrossmeyster Maqnus Karlsenə qalib gəlir. Məqsədə gedən yol davam etməkdədir...

 Daha ətraflı video linkdə: https://www.youtube.com/watch?v=0LU0kZ8AvgM&feature=youtu.be

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci #şaxmatı #şeir #dünya #insan #tac #Vətən