Çapa göndər
İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir

14 mart 2020 - 13:01

 ŞAHMAT
--------------------------------------------------
Xanım Balacayeva Azərbaycan çempionudur

Azərbaycan Şahmat Federasiyasının mənzil-qərargahında qadın şahmatçılar arasında dairəvi sistem üzrə keçirilən seçmə xarakterli ölkə çempionatına bu gün baş tutan 9-cu turla yekun vurulub. Öölkə çempionu adını isə 9 mümkün xaldan 7 xal toplayan Xanım Balacayeva (2358) qazanıb. Yalnız Xəyalə Abdulla ilə görüşdə məğlub olan və Gövhər Beydullayeva və çempionatın reytinq favoriti olan Gülnar Məmədova ilə heç-heçə oynayan Xanım qalan 6 görüşdə rəqibini mat qoyub. Çempionatda 2-ci və 3-cü yerləri müvafiq olaraq, hərəyə 6 xal toplayan Gövhərlə Gülnar tutub. Digər iştirakşılara gəlincə, aktivinə 5,5 xal yazdıran Türkan Məmmədyarova 4-cü, ondan yarım xal geri qalan bacısı Zeynəbsə ilk 5-liyi tamamlayıb. Çıxışını 6-cı pillədə başa vuran Xəyalə Abdulla 4,5, 7-ci olan Ayan Allahverdiyeva isə 3,5 xal toplaya bilib. Mələk İsmayılova (3 xal), Ülviyyə Fətəliyeva (2,5 xal), Səbinə Rzalı (2 xal) triosu isə müvafiq ardıcıllıqla 8-10-cu yerləri tutublar.
İntiqam

BOKS
--------------------------------------
Boks yığmamız lisenziya turnirə qatılacaqlar

Sabah Böyükbritaniyanın paytaxtı Londonda kişi və qadın boksçularin Olimpiya təsnifatlı ilk turnirinə start veriləcək. 10 gün davam edəcək turnirdə Azərbaycan 3-ü qadın olmaqla 11 boksçu ilə təmsil olunacaq. Kubalı mütəxəssis Umberto Dominqesin başçılıq etdiyi kişi yığmanın heyətina Rüfət Hüseynov (52 kq), Tayfur Əliyev (57 kq), sabiq dünya çempionu Cavid Çələbiyev (63 kq), kubalı legionerimiz Lorentso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), daha bir kubalı legioner - Alfonso Dominqts (81 kq), Rauf Rəhimov (91 kq) və Maqomed Abdullaye (+91 kq) cəlb edilib. Qadın komandamızın heyətində isə Anaxanım Ağayeva (51 kq) , Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq, üçlüyü yer alıb. Reqlamentə görə kişilər lisenziya uğrunda 8, qadınlarsa 3 çəkidə döyüşəcəklər. Kiıilərin yarışında 52, 57 və 63 kq çəkidə ilk 8, 69, 75 və 81 kq-da ilk 6, 90 və +91 kq çəkidə isə ilk 4 yeri tutan boksçu Tokio Olimpiadasına lisenziya qazanmış olacaq. qadınlarda isə 51 və 57 kq-da 1-6-cı, 75 kq-da isə 1-4-cü yerəri tutanlar eyni uğura imza atacaqlar.
İntiqam

===============================================

VOLEYBOL
-----------------------------------------------------------------------------------------
"Neftçi" büdrəyib, "Murov"sa fürsəti qaçırmayıb

Kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının yüksək liqasında daha iki oyun keçirilib. Dərnəgüldəki Voleybol Mərkəzində baş tutan oyunların birində yarışlara şəriksiz liderlik edən "Neftçi" ilə ortabablardan olan MOİK, digərində isə, cədvəldə ikinci yeri tutan "Murov"la "Sərhədçi" qarşılaşıb. İlk oyun gözlənilmədən hərbiçilərin 3:2 hesablı qələbəsi ilə bitib. İkinci oyunda isə nəticə əvvəldən gözlənildiyi kimi olub. "Murov" çətinlik çəkmədən rəqibin set vermədən məğlub edib - 3:0. Bu qələbədən sonra "Murov" turu xal itkisi ilə başa vuran "Neftçi" ilə arasında olan xal fərqini heçə çıxarıb. Bu isə "Murov"a liderin şəriyi olmaq imkanı verib. Hazırda turnir cədvəlində vəziyyət belədir: Neftçi, Murov - hərəyə 22 xal (9 oyun), Xilasedici - 21 xal (8 oyun), MOİK - 18 xal (10 oyun), Azəreyl - 9 xal (8 oyun , Ekspress - 6 xal (9 oyun), Sərhədçi - 0 xal (8 oyun), Gürcüstan - 0 xal (4 oyun)

İNTİQAM