Çapa göndər
Bukmeykerlər Samirəni finalda görmür

04 mart 2020 - 13:47

Bu il Niderlandın Rotterdam şəhərində keçiriləcək “Euorovision 2020” mahnı müsabiqəsində iştirak edəcək ölkələrlə bağlı bukmeykerlər növbəti dəfə proqnozlarını veriblər.
Bununla bağlı məlumat müsabiqənin rəsmi saytında yayımlanıb.
Bukmeykerlərin səs çoxluğu ilə bu dəfə İslandiya cədvələ başçılıq edir.
2-ci yerdə Litva, 3-cü yerdə isə Rusiya qərarlaşıb.
Onların fikrincə isə Azərbaycanı təmsil edəcək müğənni Samirə Əfəndi müsabiqədə 18-ci yeri tutacaq.
Qeyd edək ki, şüarı “Open up!” ("Açıl!") olan “Eurovision-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi “Eurovision-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.
Xatırladaq ki, 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın “Eurovision-2020” Mahnı Müsabiqəsində iştirakı rəsmi olaraq təsdiqlənib.