20 fevral 2020 - 12:43
Masallıda gənclərin Masallı şəhər Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil olunub
19 fevral 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin və Masallı şəhər Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Masallı Gənclər Paytaxtı” seçilməsi münasibəti ilə rayonun milli-mədəni irsinin və təbiətin gənclərə tanıdılması məqsədi ilə Masallı şəhər Rəhim Tağıyev adına Tarixi-Diyarşunaslıq Müzeyinə gənclərin ekskursiyası təşkil edilmişdir.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 30-da imzaladığı sərəncamla 2020-ci ili “Könüllülər ili” elan etməsi və Dövlət gənclər siyasətinin müvafiq bəndlərinin rayonumuzda icrası və Masallı rayonunun “Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar olaraq görüləcək işlərdən, qarşıda duran vəzifələr və keçiriləçək tədbirlər haqqında iştrakçılra geniş məlumat verərək gənclərimizin hər birinə uğurlar arzulamışdır.
Tədbirdə Masallı rayon Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq muzeyin direktoru Əntiqə Tağiyeva bildirib ki, ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Müstəqilliyimizin banisi olan xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr qurulub. Muzeyin mansar hissəsində rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da yaradılıb. Sonra Muzeyinin direktoru Əntiqə Tağıyava gəncləri muzeydə olan eksponatlar ilə tanış edərək rayon ərazisində aparılan arxeoloji tapıntılar zamanı əldə olunmuş, tariximizi əks etdirən maddi-mədəniyyət nümunələri haqqında geniş məlumatlar vermişlər. Bundan başqa müəyyən dövrlərdə hazırlanmış zərgərlik, dulusçuluq, xalçaçılıq və s. əşyalar muzeydə nümayiş olunur. Muzeyin ekspozisiya zalında nümayiş olunan müxtəlif stendlər vasitəsilə rayonun sosial-iqtisadi inkişaf göstəriciləri, tarixi abidələri, görkəmli şəxsiyyətləri, qəhrəmanlıq göstərən şəhidləri barədə geniş informasiya əldə etmək mümkündür.
Sonda gənclərimiz rayonumuzun tarixi və keçmişini gənc nəsillərə öyrədilməsi və çatırılmasında göstərdiyi xidmətə görə muzeyin direktoru və işçilərinə öz minnətdarlığlarını bildirdilər.
Əlihüseyn Şükürov.
AZpress.AZ