Çapa göndər
Tbilisi prospektində yeni yerüstü piyada keçidinin tikintisinə başlanılır

12 fevral 2020 - 13:09

Bakı şəhəri, Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisinə başlanılır. Yerüstü piyada keçidinin aşırım hisəsi üstü açıq olmaqla metal konstrüksiyalıdır.
Tiblisi prospekti üzərindən hər birinin uzunluğu 70.92 metr olan iki aşırım hissə, Akademik Həsən Əliyev küçəsinin üzərindən isə uzunluğu 59,29 metr olan bir aşırım hissə keçməklə yeni yerüstü piyada keçidinin görünüşü üçbucaq şəkilindədir.
Kənar dayaqlar və pilləkənlər dəmir-betondur.
Orta dayadlar metaldır və metal troslar vasitəsi ilə asılmaqla asma körpü görünüşünə oxşadılıb.
Fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrik panduslar nəzərdə tutulub.
Qeyd edək ki, avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər, o cümlədən yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri həyata keçirilir.
Bu çərçivədə 2018-2019-cu illərdə Bakı şəhəri və şəhər ətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçdiləri inşa edilərək istifadəyə verilib. Hazırda 10 ərazidə yerüstü və yeraltı piyada keçdilərinin inşası aparılır ki, bunlardan bir-neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində daha 6 yerdə yeni keçidlərin inşasına başlanılması nəzərdə tutulub.
2018-2019-cu illərdə tikintisi başa çatdırılmış:
1.M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun km 13+700-də yerüstü piyada keçidinin tikintisi;
2.M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun km 27+000-də Ceyranbatan qəsəbəsində yerüstü piyada keçidinin tikintisi;
3.M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində (Hərbi komissarlığın qarşısı) yerüstü piyada keçidinin tikintisi;
4.Hüseyn Cavid adına park, Elmlər Akademiyası qarşısında yeraltı piyada keçidinin tikintisi;
5.M-4 Bakı Şamaxı-Yevlax avtomobil yolunun 12+800-ci km-də yüngül metal konstruksiyalı yerüstü piyada keçidinin tikintisi;
6.Quba rayonunda yerüstü piyada keçidinin tikintisi;
7.Ucar şəhərində yerüstü piyada keçidinin tikintisi başa çatdırılmışdır.
Hazırda tikintisi davam edən:
1.Heydər Əliyev Prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidinin tikintisi;
2.Qala-Pirallahı avtomobil yolunun km 3+600 hissəsində yerüstü piyada keçidinin tikintisi;
3.Bakı şəhəri, Neapol küçəsində Heydər Əliyev parkının yanında yerüstü piyada keçidinin tikintisi;​
4.Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisi;
5.Mərdəkan-Zaqulba yolunda, köhnə "Mərdəkan Broyler"in yaxınlığında yerüstü piyada keçidinin tikintisi;
6.M-2 Bakı-Ələt avtomobil yolunun 39-cu kilometrliyində yerüstü piyada keçidinin tikintisi;
7.Hökməli dairəsində yerüstü piyada keçidinin tikintisi;
8.Ceyranbatan qəsəbəsində ( 27+700 km) yerüstü piyada keçidininin tikintisi;
9.Azadlıq prospekti, Baku Electronics mağazasının yanında piyada keçidinin tikintisi.
Layihələndirilən:
1.Zığ yolunda yerüstü piyada keçidinin tikintisi;
2.M-2 Bakı-Ələt avtomobil yolunun 49-cu kilometrliyində (Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yol evi yaşayış massivi) yerüstü piyada keçidinin tikintisi;
3.M-2 Bakı-Ələt yolunun 61-ci kilometrində yerüstü piyada keçidinin tikintisi;​
4.Bakı şəhəri, Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisi;
5.Nobel prospektində "Ağ şəhər" layihəsi çərçivəsində piyada keçidinin tikintisi;
6.Bakı şəhəri, Ziya Bünyadov prospektində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Bakı Peşə Liseyinin yanında yerüstü piyada keçidinin tikintisi.