03 mart 2020 - 14:49
6 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda Fond tərəfindən 2019-cu ildə görülmüş işlər barədə yekun hesabat dinlənilmiş, 2020-ci il üzrə Fəaliyyət Planı, həmçinin Könüllülük ili ərzində təşkil olunacaq tədbirlər və Gənclər təşkilatlarının layihələrinin qrant müsabiqəsindən kənar maliyyələşdirilməsi üçün mövzular müzakirə olunaraq təsdiq olunmuşdur.
Həmçinin, Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə A və B kateqoriyaları üzrə14-cü qrant müsabiqəsi elan edilmişdir. 10 fevral tarixindən 10 mart tarixinə qədər gənclər təşkilatları təsdiq edilmiş mövzularüzrə layihələrini Gənclər Fonduna təqdim edə bilərlər.