Çapa göndər
Gülağa Tənha bir il sonra... ardı

20 fevral 2020 - 19:55

Məlum olduğ kimi keçən saymızda, sizə xeyriyyəçi - şair Gülağa Tənhanın pansionatda, ata və anaların qarşısında ürək dolusu çıxışını təqdim etdik. Şair onları bura aldadaraq gətirən övladlara heç bir halda bəraət qazandıra bilmədiyini vurğulayır, daha sonra bir il bundan əvvəl gəlişində gördüklərindən təsirlənərək yazdığı kövrək şeiri oxuyur.  


Çıxışının əvvəlində qeyd edir ki, onları heç vaxt unutmur, Moskvada olduğu vaxtlarda belə, daim əlaqə saxlayıb, onların problemlərinin bərpası ilə maraqlanırdı.


Şairlər nə qədər müxtəlif mövzulara toxunsalar da ana mövzusu onların ən kövrək, ən həssas yeridir deyirlər. Şair Gülağa Tənha da yaradıcılığında ana mövzusuna xüsusi yer ayırır və yeni yazdığı şeiri "Qocalar evində" məskunlaşan valideyinlərə təqdim edir.


" Qocalar evində bir ana gördüm" , " Ana deyimmi?! ", " Anaları təklənməyə qoymayın " şeirlərinə bəstəkarlar tərəfindən mahnılar yazılmış, müğənnilər tərəfindən ifa edilmişdir. Bu şeirlərin yaranma tarixcəsi məhz, qocalar evi və internat məktəbində alınmış təəssüratların nəticəsi olaraq qeyd edilir. Həmin mahnılarla sizi yaxından tanış edəcəyik. İndi isə sizə şairin qocalar evində çıxışının davamını təqdim edirik.