Çapa göndər
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Sadıqlı, Muğanlı və Böyük Kəsik kəndlərində seçicilərlə görüşüb

04 fevral 2020 - 11:18

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 108 saylı Ağstafa seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Nizami Cəfərov Ağstafa rayonunun Sadıqlı, Muğanlı və Böyük Kəsik kəndlərində seçicilərlə görüş keçirib.

Görüşlərdə çıxış edən Nizami Cəfərov ölkəmizin ictimai-siyasi həyatında gedən proseslər haqqında danışıb, əhalinin rifah şəraiti, sakinləri narahat edən məişət problemləri ilə maraqlanıb. Yenidən millət vəkili seçiciləcəyi təqdirdə rayon ərazisində görüləcək işlər haqqında məlumat verən deputatlığa namizəd daha güclü Azərbaycan naminə hər kəsi ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinin ətrafında daha da sıx birləşməyə və 9 fevral- seçki günü fəal olmağa dəvət edib.

Öz növbəsində seçicilər qarşıdan gələn parlament seçkilərində Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.