Çapa göndər
Gülağa Tənha haqqında deyilənlər

11 fevral 2020 - 13:49

Canveten.az - saytı Azərbaycan ziyallılarının müxtəlif vaxtlarda xeyriyyəçi - şair Gülağa Qənbərov (Tənha) haqqında dedikləri fikri təqdim edir.

Akademik Vasim Məmmədəliyev çıxışında, nəhayət son dövrdə Azərbaycanda da yaradıcılığa xeyriyyəçilik edən insanların yarandığını deyir: "...xeyriyyəçilik edən var, amma azdır. Gülağa Tənha da məhz o azlardan biridir... "

Akademik Akif Əlizadə də xeyriyyəçinin gördüyü işlərinə görə minnətdarlıq edir: "Gülağa Tənhanın Azərbaycan elminə gətirdiyi töhfələr böyük uğurlarla nəticələnir."

Akademik Musa Musayev Gülağa Tənhanın şairlik keyfiyyətini vurğulayır, dünyanın müxtəlif ölkələrində yazdığı şeirlərin şəhərlərini sadalayır. Bu onu göstərir ki, alim Gülağa Tənhanın yaradıcılığına yaxından bələddir. “Xeyriyyəçi kimi, ziyallı kimi harada olmasından asılı olmayaraq, həmişə fəaliyyətdədir, axtarışdadır.” – deyə Musa Musayev qeyd edir.

Akademik Bəkir Nəbiyev isə Gülağa Tənhanın adını eşidəndə yadına lirik bir şair düşdüyünü söyləyir: "Onun çoxlu şeirlərinə mahnılar yazılıb, dönə dönə poemaları öz şəxsi vəsaiti hesabına çap etdirib. Ümumiyyətlə həm maddi, həm mənəvi dəstək olan bir sima canlanır."

Xalq şairi Vahid Əziz - qələm dostunun sözün əsl mənasında şair olduğunu, ondan əlavə vətəndaş kimi şəxsiyyətini qoruyan şəxsiyyətdir. - deyir.

Nəzərinizə çatdırırıq ki, Canveten.az - saytı olaraq gələn yayımda Xalq şairi Vahid Əzizin xeyriyyəçi - şair Gülağa Tənha poeziyasının ənlərindən biri hesab olunan " Bu kənd məni tanımadı" şeirini oxuyub təhlil etməsini təqdim edəcəyik.