Çapa göndər
İranda ağır-yol qəzasında 20 nəfər öldü

09 yanvar 2020 - 13:09

İranda ağır-yol qəzası baş verib.
Can.Veten.az “Press Tv”yə istinadən xəbər verir ki, İranın Mazandaran əyalətində Tehran-Kunbed istiqaməti üzrə hərəkət edən sərnişin avtobusu Savadkuh bölgəsində yoldan çıxaraq aşıb. Qəza nəticəsində 24 nəfər yaralanıb, 20 nəfər həyatını itirib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəzaya avtobusda yaranan texniki problemin səbəb olduğu bildirilir.