Çapa göndər
Bakıda məktəbliləri daşıyan avtobus qəzaya düşdü, yaralılar var

17 yanvar 2020 - 11:29

Bakıda sərnişin avtobusu qəzaya düşüb.
AZpress.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
“Aişə” MMC-yə məxsus 107 saylı marşrut xətti üzrə hərəkət edən “Daewo” markalı avtobusla orta məktəb şagirdlərini daşıyan “Mercedes” markalı mikroavtobus toqquşub.
Qəza zamanı “Mercedes”də olan, 322 saylı orta məktəbin şagirdləri - 2007-ci il təvəllüdlü Məcdinov Nihad Elçin oğlu, 2007-ci il təvəllüdlü Məmmədova Fatimə İlqar qızı müxtəif dərəcəli xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına, 2004-cü il təvəllüdlü Nəcəfova Fəridə Zahir qızı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına, 2002-ci il təvəllüdlü Hüseynli Sevil Habil qızı isə 10 saylı təcili tibbi yardım stansiyasına aparılıb. Onlara tibbi yardım göstəriləndən sonra evə buraxılıb.