Çapa göndər
İran vurulan təyyarənin qara qutusunu Ukraynaya nə üçün vermədiyini açıqladı

21 yanvar 2020 - 10:58

İran Mülki Aviasiya Təşkilatı qəza ofisinin direktoru Rızayifər qara qutunun hələ də İranda olduğunu açıqlayıb.
Yeniavaz.com
 xəbər verir ki, Rızayifər IRNA agentliyinə verdiyi açıqlamada qara qutunun əvvəlcə İranda oxunacağını bildirib: "Qara qutunun başqa bir ölkəyə göndərilməsi barədə hələlik heç bir qərar qəbul edilməyib. Qara qutu ilk olaraq İranda oxunacaq, sonra Ukrayna və Fransaya verilə bilər".
Qeyd edək ki, Rızayifər bir gün əvvəlki açıqlamasında qara qutunun Ukraynanın tələbi əsasında həmin ölkəyə təhvil veriləcəyini bildirmişdi. Xatırladaq ki, 8 yanvar 2020-ci ildə İran səhvən Ukraynaya uçan sərnişin təyyarəsini raketlə vurmuşdu. Hadisə nəticəsində 176 nəfər dünyasını dəyişmişdi.