Çapa göndər
Təyyarə yanacağı məktəblilərin üzərinə töküldü -VİDEO

08 yanvar 2020 - 15:58

ABŞ-ın Kaliforniya ştatında aviasiya yanacağının tökülməsi nəticəsində 60 nəfər zərər çəkib.
AZpress.AZ xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Los-Anceles yaxınlığında ibtidai məktəb ərazisində baş verib.
Məlumata görə, Los-Anceles Beynəlxalq Hava Limanından uçmuş təyyarədən yanacaq tökülüb.
Hadisə nəticəsində 20-si uşaq olmaqla ümumilikdə 60 nəfər zərər çəkib.
Səlahiyyətli şəxslər, məktəbdə artıq heç bir təhlükənin qaılmadığını bildirib.