Çapa göndər
Gürcüstan XİN başçısından “Keşikçidağ” AÇIQLAMASI

23 dekabr 2019 - 16:14

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani “Keşikçidağ” monastır kompleksi məsələsi ilə bağlı açıqlama verib.

D.Zalkaliani Tbilisədə jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclasının tarixi dəqiqləşdirilir.

O xatırladıb ki, bu məsələ Gürcüstanın Baş naziri Giorgi Qaxarianın Azərbaycana rəsmi səfəri zamanı da müzakirə edilib.

Nazirin sözlərinə görə, ən qısa zamanda Tbilisidə komissiyanın növbəti görüşünün keçirilməsi planlaşdırılır.

“Ümid edirik ki, “Keşikçidağ” məsələsi Gürcüstan və Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətləri çərçivəsində öz həllini tapacaq. Hazırda müvafiq komissiya öz fəaliyyətini davam etdirir”, - deyə o əlavə edib.

(oxu.az)