Çapa göndər
Qonşu ölkədə virus təhlükəsi

23 dekabr 2019 - 15:45

İranda son bir həftədə ərzində 7, sentyabr ayından bu günə qədər isə 106 nəfər həyatını itirib.
 

Canveten.az  xarici KİV-ə istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyi İnfeksion Xəstəliklər şöbəsinin müdiri Hüseyn İrfaniyanın sözlərinə görə, son bir həftə ərzində 3 min 354 nəfər nəfəs darlığı şikayəti ilə xəstəxanaya müraciət edib. Bu xəstələrin müayinəsi zamanı 82 nəfərə qrip diaqnozu qoyulub, 7 nəfər isə həyatını itirib.

İran Səhiyyə Nazirinin müavini Əli Riza Rəisinin 7 dekabr tarixində verdiyi açıqlamaya görə, qrip epidemiyası sentyabr ayından bu günə qədər qədər 81 nəfərin ölümünə səbəb olub.

Qeyd edək ki, son aylarda İranın Gülüstan, Mazandaran, Kohgiluye-Buyer Əhməd , Kirman və Ahvaz əyalətlərində H1N1virusu (donuz qripi) aşkarlanıb.
 

Lalə Cəfərli