Çapa göndər
TOVUZ RAYON AŞIQ HÜSEYN BOZALQANLI ADINA AZƏRBAYCAN AŞIQ SƏNƏTI DÖVLƏT MUZEYİNİN TOPLUSUNA MƏXSUS EKSPONATIN 3 GÜN ƏRZİNDƏ BƏRPASI (+FOTOLAR)

28 noyabr 2019 - 17:00

Canveten.az xəbər verir ki, Tovuz rayon Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin toplusuna məxsus eksponatın – “Üçlük” aşıq kompozisiyasının bərpa və konservasiyaya ehtiyacı olduğu mərkəzimiz tərəfindən müəyyənləşdirilmişdir.

Bununla əlaqədar eksponat Elmi Bərpa Mərkəzinin ali-dərəcəli bərpaçıları tərəfindən “Azərbaycan Respublikası Muzey Sərvətlərinin və Muzey Kolleksiyasının Uçotu və Mühafizəsinə dair Təlimat”da müəyyən edilmiş qaydada 3 gün ərzində yerində bərpa olunmuşdur.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin göstərişi ilə bu kimi daşınması çətin olan muzey əşyalarının yerində bərpası mərkəz tərəfindən əvvəlki illərdə də həyata keçirilmişdir. Onların sırasına Şəmkir, Masallı, Qax, Tovuz və digər tarix-diyarşünaslıq muzeylərinin, eləcə də N.Nərimanovun, B.Kəngərlinin, C.Məmmədquluzadənin, Ü.Hacıbəylinin və Azərbaycanın digər görkəmli ictimai xadimlərinin memorial muzeylərinin toplusunda olan nadir əşyalar da daxildir.