Çapa göndər
Azərbaycanı tanıyaq layihəsi çərçivəsində özbək tələbələr Daşkənddə Azərbaycana dair təşkil edilmiş muzeylərdə ekskursiyada olublar (+FOTOLAR)

21 noyabr 2019 - 13:46

Canveten.az xəbər verir ki, Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitunun, həmçinin Dəmiryol Mühəndisləri İnstitunun tələbələri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin muzeylərinə  ekskursiya ediblər.

İlk öncə tələbələr Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan kitab, şəkil və suvenirlərdən ibarət sərgiylə tanış olublar. Mərkəzinin rəsm, əl işləri dərnəyinin şagirdlərinin çəkdikləri rəsmlər və milli mədəniyyətimizə dair hazırladıqları maraqlı suvenirlər tələbəlkərinböyük marağına səbəb olub.

Mərkəzin əməkdaşı tələbələrə xalqımızın qədim tarixi, mədəniyyəti, Azərbaycan-Özbəkistan dostluğundan danışaraq, bu dostluğun möhkəmlənməsi, xalqlarımız arasında əlaqələrin gələcək inkişafında bu günki tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Sərgidə Azərbaycanın tarixi və mədəniyyəti, ədəbiyyatına dair Mədəniyyət Mərkəzinin çap etdirdiyi nəşrlər, habelə Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı kitablar nümayiş etdirilib.    

Sonra onlar Mərkəzdəki Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Xalça Muzeyi ilə tanış olublar.

Ekskursiya iştirakçılarına məlumat verildi ki, muzeylərdə Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir.

Muzeylərdə sərgilənən eksponatlar, Odlar Yurdunun qədim abidələrinin maketləri, ölkəmizin qədimliyini əks edən arxeoloji tapıntılar, tariximizdən, mədəniyyət və sənətkarlığımızdan bəhs edən xalçalarimiz, onların üzərindəki naxışlar gənclərin marağına səbəb oldu. Mərkəzin əməkdaşı hər bir muzey haqqında geniş məlumat verdi.

Qeyd edək ki, müxtəlif profill imuzeylərə belə ekskursiyaların təşkili gələcəkdə də nəzərdə tutulmuşdur.

Sonda tələbələrə  Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı kitablar da hədiyyə olunub.

İştirakçılar Azərbaycan xalqının mədəniyyəti ilə yaxından tanış olmaq imkanını yaratdığı üçün Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürlərini bildirdilər.