Çapa göndər
AVTOMOBİL QƏZASI QAZ TƏSƏRRÜFATINA ZİYAN VURDU (+FOTOLAR)

08 noyabr 2019 - 17:20

Canveten.az xəbər verir ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib. Opel markalı minik avtomobili ilə toqquşan Mersedes markalı avtomobili yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb. Həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb. Hadisəyə görə 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işləri görülür.