Çapa göndər
Azərbaycanla Öbəkistan arsında mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə edilib (+FOTOLAR)

05 noyabr 2019 - 12:40

Canveten.az xəbər verir ki,  Azərbaycanlı alim, “Kaspi” qəzetinin təsisçisi, filogiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın rəhbərliyi ilə nümayəndə heyəri Özbəkistanda səfərdədir.

     Özbəkistan Mədəniyyət nazirinin müavini Azadbek Nzarbekov Azərbaycan nümayəndə heyətini qəbul edib.

     Azadbek Nzarbekov nümayəndə heyətinin üzvlərini salamlayaraq Özbəkistanla Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Nazir müavini deyib ki, həm Özbəkistan, həm də Azərbaycan mədəniyyət ahəsində əlaqələrin daha da inkişafına önəm verir. O Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tam hüquqlu üzvü olmasını sevinclə qarşıladığını bildirib, Türk Şurasının bu yaxınlarda Bakıda keçirilən iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakını məmnunluqla xatırlayıb.

     Tərəflər Azərbaycan-Özbəkistan arasında mədəni əlaqələrin inkişafı haqqında danışaraq bu istiqamətdə həyata keçirilən layihələr, gələcək əməkdaşlıq məsələlərini müzakirə etdiblər.

     Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin salamlarını və xoş arzularını çatdıraraq birgə layihələrin həyata keçirilməsi, mədəniyyət və ədəbiyyat günlərinin təşkili, mədəniyyət müəssisələri arasında əlaqələrin yaradılması sahəsində öz təkliflərini bildirib.

     AMM-in layihəsi ilə Özbəkistanın çoxsaylı şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirildiyini və növbəti layihə ilə Xarəzm vilayətində belə yüksək səviyyəli tədbirlərin təşkil ediləcəyini söyləyib.

     Sona Vəliiyeva Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu mədəniyyət siyasətinin aparıldığını qeyd edib, dövlətimizin dünyada mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyini vurğulayıb. O deyib ki, buundan sonra Azərbayacan Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi dəyər verir və bu istiqamətdə fəaliyyətimiz davam edəcək.
     Azadbek Nazarbekov xalqlarımızın ortaq dəyərlərinin olduğunu və mədəni əlaqələr sahəsində Mədəniyyət Mərkəzinin fəaliyyətini qeyd edib. O, muğam, aşıq sənəti, sənətkarlıq sahəsində Özbəkistanın keçirdiyi beynəlxalq festivalların yüksək səviyyədə təşkil edildiyini və bu işdə Azərbaycanın aktiv iştirakını yüksək qiymətləndirib.

     Görüşdə növbəti ildə Azərbaycanda Özbəkistan mədəniyyət günlərinin keçirilməsi, bu istiqamətlərdə əməkdaşlığa dair müzakirələr də aparılıb.

     Görüşdə iştirak edən Əməkdar artist Ehtiram Hüseynov Azərbaycan muğamından bir parça ifa edib.