Çapa göndər
Əlini mənə ver , dostum (+FOTOLAR)

05 noyabr 2019 - 12:09

Canveten.az xəbər verir ki, oktyabrın 31-də Bakıdakı 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin  təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında   Uşaq Bərpa Mərkəzində  tədbir təşkil olundu . Tədbiri giriş sözü ilə açan baş həkim Şaban Eyvazov   iştirakçıları salamlayaraq  belə tədbirlərin keçirilməsinin , bu tipli görüşlərin təşkil olunmasının əhəmiyyətindən söz açdı.  « Vokal» , « Çiçəyim», « Mahnı teatrı », «Milli rəqs»  kimi dərnəklərin üzvləri  ifa etdikləri mahnıları , göstərdikləri səhnəciklərlə əlil uşaqların sevincinə səbəb oldular . UGİ mərkəzinin  kollektivi  - Səfərli Orxan, Rəna Kərimova, Qurbanova Gülnarə,  Cabbarova İradə,  Səfərli Samirənin  iştirak etdiyi bu tədbir dərnək üzvləri ilə yanaşı , qonaq olduqları Uşaq Bərpa Mərkəzinin kollektivi tərəfindən də xoş qarşılandı.  Dərnək üzvlərinin həvəslə təqdim etdikləri   bir-birindən maraqlı səhnələr digər uşaqların  sevincinə səbəb oldu. İfa etdikləri musiqilərin sədaları altında rəqs etdikləri , əyləndikləri  həmyaşıdları ilə  qısa müddət ərzində  dost ola bildilər . Öz təəssüratlarını birlikdə bölüşən kollektiv nümayəndələri bu cür tədbirlərin  təşkili və mütəmadiliyi üçün  növbəti görüşlərin  olmasının vacibliyini qeyd etdilər . Həmçinin ,   3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə  Qəti   « Əlini mənə ver, dostum «   adlı layihənin  mahiyyətindən , tədbirin  uşaqlarda yarada biləcəyi  təəssüratlardan , onlara  nə kimi müsbət təsirin ola biləcəyindən, əlil uşaqların özlərini cəmiyyətdə təcrid  hiss etməmələri üçün  mühitin  onlara  olan  müsbət diqqətindən danışdı.  O , nitqində uşaqlara göstərilən  diqqət və qayğının hər zaman olmasının vacibliyini vurğuladı.   Xatırladaq ki , Konsert proqramından sonra , 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivi tərəfindən Bərpa Mərkəzində müalicə  olunan uşaqların hər birinə    hədiyyələr   təqdim edildi .

   Tədbirin sonunda  baş həkim Şaban Eyvazov  belə bir tədbirin təşkilinə, təşəbbüsünə görə , 3  nömrəli Uşaq Gənclər İnkişaf mərkəzinə öz təşəkkürünü bildirdi.

           

Aliyə Əsədova