Çapa göndər
Hərbi atteşelər BDU-da olublar (+FOTOLAR)

01 noyabr 2019 - 02:00

Canveten.az xəbər verir ki, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi atteşelərinin Bakı Dövlət Universitetinə tanışlıq səfəri baş tutub. Universitetin Beynəlxalq şöbəsinin müdiri Elmira İsmayılova diplomatik korpusların hərbi nümayəndələrinə BDU-nun tarixi, inkişaf mərhələləri haqqında məlumat verib. O, həmçinin BDU-nun üzvü olduğu beynəlxalq təşkilatlar, universitetin qrant layihələri, fakültələr və tədris olunan ixtisaslar barədə də danışıb. Universitet haqqında video-çarx nümayiş etdirildikdən sonra qonaqlar Nanotexnologiyalar Mərkəzi, Hüquq fakültəsinin tədris auditoriyaları və Elmi kitabxana ilə tanış olublar. 

Universitetlə tanış olan hərbi atteşelər BDU haqqında yüksək təəssürat əldə etdiklərini bildiriblər.