Çapa göndər
ƏSA-dan növbəti premyera (+FOTOLAR)

31 oktyabr 2019 - 16:59

Canveten.az xəbər verir ki, Azərbaycan Respublikasının əlilliyi olan və olmayan aktyorlar ibarət ilk inklüziv teatrı olan - ƏSA Teatrı 4-cü mövsümünün ilk tamaşa premyerasını oktyabrın 29-u edəcək.

Bu barədə məlumatı teatrın baş meneceri verib. Nicat Qulamın sözlərinə görə, “Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Tamaşaçılar premyerada Mirzə Fətəlinin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşa izləyəcəklər

Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının premyerası 29 oktyabr 19:00-da Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq. 

“Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Tamaşaçılar premyerada Mirzə Fətəlinin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşa izləyəcəklər. 

Quruluşçu rejissor: Elşən Əsgərov

Rollarda: İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Elvin Mirzəyev, Niyaz İlyasoğlu, Elsevər Rəhimov, Rafael Şahbəyli, Fərid Əliyev, Günay Məmmədova, Bəhram Rəhimli, Cəmilə Məmmədli

Tamaşaya biletləri şəhərin bütün kassalarından, iTicket.AZ onlayn bilet satış portalından, Gənclik Mall və 28 Mall ticarət mərkəzlərindən, ASAN Xidmət Mərkəzlərindən əldə edə bilərsiniz.