Çapa göndər
GEOMORFOLOQLAR QUBA ƏRAZİSİNDƏ EKSPEDİSİYADA OLMUŞLAR (+FOTOLAR)

26 oktyabr 2019 - 02:28

Canveten.az xəbər verir ki,  AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya institutu Geomorfologiya və təbii risklər şöbəsinin bir qrup əməkdaşı Quba rayonundan ekspedisiyadan qayıtmışlar.

Şöbənin elmi-tədqiqat planına uyğun olaraq Böyük Qafqazın Şimal-şərq yamacı relyefinin ekoloji geomorfoloji şəraitini tədqiq edən dəstə üzvləri Şahdağ-Qızılqaya  massivində,  Mıxtökən silsiləsində, Xınalıq-Cek-Qırız-Qalayxudat kəndləri ərazilərində olmuş, Şahnabadçay-Qusarçay-Qudialçay hövzələrində, Ləzə kəndi və ətraf ərazilərdə tədqiqat aparmışlar.