Çapa göndər
Moskvada Azərbaycan və Rusiya arasında humanitar əməkdaşlığa həsr olunan konfrans keçirilir (+FOTOLAR)

26 oktyabr 2019 - 02:12

Canveten.az xəbər verir ki, bu gün Rusiyanın paytaxtı Moskva şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası və Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) birgə təşkil “Rusiya və Azərbaycan arasında humanitar əməkdaşlıq: mənəvi-tarixi ənənələr və müasirlik” mövzusunda beynəlxalq elmi-pratiki konfrans keçirilmişdir.

Konfransın əsas məqsədi sürətlə qloballaşan dünyada Avrasiya məkanında tarixi kökləri olan ənənə və adətlərin, mədəni irsin qorunmasının yollarını müzakirə etmək, eləcə də bu sahədə indiyə qədər mövcud olan təcrübə mübadiləsinin əsasını qoymaqdır. Konfransın digər məqsədi isə sözügedən məkanda mövcud ənənələrin müasir dövlətçiliyə müsbət və mənfi təsiri ilə bağlı fikir mübadiləsi aparmaqdır.

Tədbiri RDHU-nun prorektoru Irakliy Bolkvadze açaraq iştirakçıları salamlamış, təmsil etdiyi ali məktəbin konfransın ideya və mövzusu ilə bağlı həyata keçirdii tədbirlər haqqında məlumat vermişdir. Daha sonra RDHU prezidenti Yefim Pivovarın, Rusiya Dövlət Dumasi komitə sədri Kalaşnikovun konfrans istirakçılarına təbrik müraciəti oxunmuşdur. Konfransın plenar iclasında İƏT Gənclər Forumu ARM-nin İdarə Heyətinin sədri Elçin Əsgərov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Elşad İskəndərov, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru tanınmış politoloq Serqey Markov, AMEA Fəlsəfə İnsan Haqları İnstitutunun müdiri İlham Məmmədzadə, rusiyalı tarixçi, professor Mixail Muxin çıxış edərək, bu münasibətlərin həm mənəvi bağrların saxlanılmasında, həm də regional inteqrasiya proseslərin inkişafı baxımdan vacib olmasını xüsusi qeyd etmişlər.

Debatlarda iştirak edən Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar Mərkəzinin əməkdaşı Fərizə Ramazanova, rusiyalı ekspertlər Qriqori Trofimçuk, Rezeda Qalixuzina, Mixail Muxin həm təmsil etdikləri ölkələrdə, həm də Avrasiya məkanında qloballaşmanın yaratdığı neqativ tendensiyalara qarşı duruş gətirməkçün milli və mənəvi  dəyərlərin qorunmasının vacibliyindən bəhs etmişlər.

İştirakçılar Rusiya Azərbaycan münasibətlərinin bu günkü durumu, keçmişə münasibət və gələcək perspektivləri, əməkdaşlığın ortaq nöqtələri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərilməli mövqe məsələlərinə də toxunmuşlar.

Konfrans oz isini davam etdirir.