25 oktyabr 2019 - 16:56
Canveten.az xəbər verir ki, Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbələri oktyabr ayının 20-dən 30-na qədər elmi ixtisasartırma üçün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına gəlmişdirlər.
10 gün müddətində keçirilən elmi ixtisasartırma keçən həmin tələbələr BMA-nın bir neçə professor və pedaqoqların dərslərində iştirak etdilər.
Belə ki, Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbəsi Əlimcan Janserik BMA-nın professoru Leyla Məmmədovanın, Kapan Dinmuhamed elmi rəhbəri olan “Musiqi nəzəriyyəsi” kafedrasının müəllimi, dosent Dilbər Məmmədovanın, digər tələbələr Azərbaycanın Əməkdar artisti, nadir səs, kontratenor İlham Nəzərovun, Xalq artisti Gülnaz İsmayılovanın dərslərində iştirak edərək, pedaqoqların fikirlərindən və tövsiyyələrindən yararlandılar.
Daha sonra Qazaxıstanlı tələbələrlə BMA-nın “Şihafi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqonologiya və Akustika” elmi tədqiqat laboratoriyasında BMA-nın elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, elmi laboratoriyanın rəhbəri Nuridə İsmayıl-zadə, “İxtisasartırma və əlavə təhsil şöbəsi”nin müdiri Nərgiz Hüseynova və laboratoriyanın əməkdaşlarının iştirakı ilə görüş keçirildi. Maraqlı keçən bu görüşdə elmi laboratoriyanın əməkdaşları muğam, folklor musiqisi, şifahi ənənəli musiqi, bəstəkar yaradıcılığı və s. haqqında tələbələri maraqlandıran suallarıcavablandırdılar və görüş kiçik konsert proqramı ilə yekunlaşdırıldı.
Sonda isə tələbələrə milli musiqimiz haqqında müxtəlif kitablar hədiyyə edildi.