Çapa göndər
Nazim Ərəbov kitablarını hədiyyə etdi (+FOTOLAR)

21 oktyabr 2019 - 17:51

Canveten.az xəbər verir ki, müstəqil araşdırmaçı, jurnalist Nazim Ərəbov Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nə “Bizim Vətən”, “Порт Баку сквозъ призму времен” kitablarını hədiyyə etdi.Jurnalistin bundan başqa “Babamın dərdi”, “Bahara dön” kitabları da nəşr olunub. Məqalələri vaxtaşırı “Vışka” qəzetində dərc olunur. Nazim Ərəbov Mərkəzi Kitabxanadan götürdüyü kitablarlardan araşdırmaları üçün istifadə etdiyini bildirdi.

Ərəbov Nazim Yaqub oğlu Azərbaycan Respublikası Prezidentinin  2002-ci il 11 iyun tarixli 715 nömrəli Sərəncamına əsasən Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə fərdi təqaüdə layiq görülüb.