Çapa göndər
Gəncə gəncləri "Sağlam Gəncə üçün bir gün" adlı ekoloji aksiya keçirib (+FOTOLAR)

30 sentyabr 2019 - 10:22

Canveten.az xəbər verir ki,  bu gün Odlar Yurdu Gənclər İctimai Birliyinin könüllü gəncləri Gəncə şəhərinin Park Bulvar ərazisində ekoloji maarifləndirici aksiya keçirib. Ekoloji aksiyanın keçirilməsində məqsəd təbiəti çirkli tullantılardan təmizləmək, ekoloji maarifləndirmə işi aparmaq və bu fəlsəfəni təbliğ edərək gəncləri təbiəti qorumağa səsləmək olmuşdur. Ekoloji aksiya şəhər sakinlərinində marağına səbəb olmuşdur.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə sonrasında gənclər ilk dəfə Gürcüstanın Marneuli şəhərində ekoloji aksiya həyata keçirmişdi.

Gəncə gəncləri bu kimi ekoloji aksiyaların keçirilməsində gənclərin iştirakının vacib olduğunu və bu kimi fəaliyyətlərin davamlı olacağını bildirib.

 

Vəliyev Ruslan