Çapa göndər
Kikboksinq millimizin daha bir uğuru... + FOTO=4 + VİDEO

02 sentyabr 2019 - 14:39

Macarıstanın Dyör şəhərində uşaq, yeniyetmə və gənc kikboksçular arasında Avropa çempionatı keçirilib.

Oxu.Az-ın xəbərinə görə, 40 ölkədən 2 minədək idmançının qatıldığı yarışda Azərbaycan millisi 30 idmançı ilə təmsil olunub.

Yığma komanda bu yarışda heç vaxt qazanılmayan uğura imza ataraq tarix yazıb. Belə ki, ümumi hesabda milli komanda 12 medal qazanıb. Bunlardan beşi qızıl, ikisi gümüş və beşi bürünc medal olub.

Qızıl medal qazananlar arasında 42 kq-da kikboksinqin "kick-light" kateqoriyasında yarışan ötən ilin dünya çempionu, bu il ki Dünya Kubokunun sahibi, "Ağ Canavar" ləqəbli Amin Quliyev də olub. O, meydan sahibi Macarıstan, Yunanıstan, Bosniya və Herseqovina və Fransa idmançılarını məğlub edərək qitənin ən güclüsü adını qazanıb.

Səbuhi Musayev