02 sentyabr 2019 - 14:01
AZpress,AZ xəbər verir ki, Bakının gözəl məkanlarından birində-Boulevard Hotelde Azərbaycanın "First Lady"si, "XXI ESRİN BÖYÜK QADINI" FƏXRİ TİTULUNUN NAMİNANTİ, bir çox önəmli titulların layiqli daşıyıcısı, gözəl xanım, gözəl ana, gözəl insan Mehriban xanım Əliyevanın doğum gününə həsr olunmuş "HUMANİZM MEMARI" adlı rəsm sərgisi keçirilmişdir. Sərgiyə Leyla xanım Əliyeva təşrif buyurmuşdur. Tədbirdə iştirak edən qonaqlarla və rəssamlarla səmimi görüşen Leyla xanım tedbirin təşkilatçısına və hər kəsə dərin minnətdarlıq bildirmişdir. Gənc rəssamların əsərləriylə tanış olan Leyla xanım onlara gələcək yaradıcılıqlarında uğurlar arzulamiş və tədbir iştirakçılarıyla xatirə şəkli cəkdirdikdən sonra hər kəsi maraqlandıran sualları cavablandırmışdır.