Çapa göndər
Millət vəkili Qənirə PaşayevaDaşkənddə “Mukimi adına Dövlət Musiqi teatrı”nda açılış mərasimində iştirak edib (+FOTOLAR)

25 sentyabr 2019 - 01:14

Canveten.az xəbər verir ki,  Azərbaycan Respublikası Milli Məclisinin deputatı, millət vəkili Qənirə Paşayevanın Özbəkistana səfəri çərçivəsində paytaxtın mərkəzində yerləşən Özbəkistan xalqının böyük şairi Əlişir Nəvainin heykəlinin qarşısında gül qoyma mərasimi olmuşdur.

Sonra isə Azərbaycandan gəlmiş nümayəndə heyyəti millət vəkili Qənirə Paşayeva ilə birgə“Mukimi adına Dövlət Musiqi teatrı”nda görüş keçirmişdilər. İlk öncə Musiqi  teatrıının rəhbərliyi Qənirə Paşayeva ilə görüşmüş, sonra isə özbək dramaturqu Kuçkar Narqabilin “Xoşbəxtliyin bazarı varmı” əsərinin əsasında  hazırlanmış tamaşaya baxış olmuşdur.

Açılış mərasimində iştirak etmiş Mukimi adına Dövlət Musiqi teatrının rəhbəri MirzəƏzizov çıxış edərək qonaqları salamlayıb, onlara öz ürək sözlərini çatdırmış və sözü çıxış üçün Millət vəkili Qənirə Paşayevaya vermişdi. Deputat Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələrindən danışmış, bu əlaqələrin qədim tarixi, bu günkü vəziyyəti, iki xalqın arasındakı tarixi dostluq, xüsusi ilə XX əsrdə Azərbaycan maarifçilərinin Özbəkistana səfərləri və teatr sahəsində Azərbaycan maarifçilərinin Özbəkistana təsirləri haqqında geniş mövzuda çıxış etmişdir.

Qənirə Paşayeva öz çıxışında qeyd etmişdir ki, 1916-cı ildə Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycanın tanınmış teatr xadimləri Özbəkistanda dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsərini  səhnəyə qoymuşdurlar. Bu hadisə iki xalqın dostluğunu bir daha da tərənnüm etmişdir. Sovet dövründə Azərbaycan və Özbəkistan arasinda “Mədəniyyət günləri” dekadaları keçirilmişdir. Müstəqillik əldə edildiyindən sonra da iki ölkə arasındakı mədəni əlaqələr uğurla davam etmişdir.

Daha sonra, millət vəkili Qənirə Paşayeva Özbəkistan tərəfinə azərbaycan suvenirləri və yeni nəşr olunmuş “Azərbaycan-özbək, özbək-azərbaycan luğəti”ni hədiyyə etmişdir.

Açılış mərasimində Özbəkistandaki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da çıxış etmişdir. O, iki tərəfli əlaqələrin inkişafında mədəniyyət sahəsinin rolundan danışmış və tamaşaya qoyulacaq Kuçkar Narqabilin “Xoşbəxtliyin bazarı varmı” əsərini Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan dilinə də tərcümə olunduğunu bildirmişdir.

Mədəniyyətin iki tərəfli əlaqələrində mühüm bir vasitə olduğunu bildirən Mərkəzin direktoru Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son zamanlar çoxsaylı layihələrinin həyata keçirilməsini və qarşılıqlı olaraq teatr sahəsində də gələcəkdə bir sıra əməkdaşlıq layihələrinin həyata keçiriləcəyini bildirmişdir.

Sonda Kuçkar Narqabilin “Xoşbəxtliyin bazarı varmı” əsərinin təqdimat mərasimi olmuşdur.