Çapa göndər
“Tarixi və mədəni abidələrimizi öyrənək və təbliğ edək” layihəsi çərçivəsində Düşərgə təşkil olunmuşdur (+FOTOLAR)

19 sentyabr 2019 - 02:10

Canveten.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunin dəstəyi ilə  «Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı» İctimai Birliyi tərəfindən həyata keçirilən  "Tarixi və mədəni abidələrimizi öyrənək və təbliğ edək" adlı layihə  çərçivəsində  növbəti  ekskursiya formatında Düşərgə həyata keçirilmişdir.  

 Maarifləndirmə və ekskursiya  proqramı çərçivəsində təşkil edilən “Tarixi və mədəni abidələrimizi öyrənək və təbliğ edək" layihəsinin  əsas məqsədi Azərbaycanın tarixi və mədəni abidələrinin, arxeoloji yeniliklərinin geniş formada təbliğini hayata keçirmək və bu prossesə yeniyetmə və gəncləri geniş formada cəlb etməklə, tarixi irsimizin təbliğini gücləndirmək, onların  şəxsi inkişafına, sosiallaşması, həyata fərqli baxış və liderlik bacarıqlarını inkişaf etdirmək, ictimai fəallığının artırılmasını təşviq etmək təşkil edir.

         Göygöl Olimpiya İdman Kompleksində 11-12-13 sentyabr tarixində  cəbhəyanı  bölgələrdən olan  region gənclərinin  iştirakı ilə baş tutan  ekskursiya və düşərgənin iştirakçıları  müxtəlif maarifləndirici sessiyalarda iştirakla bərabər Qarabağ, Gəncə-Qazax regionunun tarixi-arxeoloji abidələrı ilə tanışlıq,  Göygöl Milli Parkına eko-tur, muzeylərə, Bayraq meydanına, Heydər  Əliyev Mərkəzlərinə səfər, təqdimatlar və  praktik təlimlər,  intellektual-əyləncəli müsabiqələr, idman yarışlari, Olimpiya idman kompleksinin imkanlarından yararlanmaq  fürsəti əldə etmişlər.  Həmçinin gənclər maraqlı fikir mübadilələri  aparmış, asudə vaxtları maraqlı təşkil olunmuşdur.   

Layihə çərçivəsində gənclər “Naftalan-Goranboy arxeoloji ekspedisiyası” nın  rəhbəri, tarix üzrə  fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərliyi altında aparılmış  arxeoloji qazıntılarla yaxından tanış olmuş, qazıntıların aparılması qaydaları və  qazıntı zamanı aşkar edilmiş qiymətli tapıntıların inventarlaşdırılması haqqında  praktiki şəkildə  biliklər əldə etmişlər.

İştirakçılar region gənclərinin Azərbaycanın tarixi və  mədəni irsinin daha dərindən öyrəniməsi baxımından böyük əhəmiyyəti olan ilk belə düşərgənin təşkil olunmasına görə  Azərbaycan Gənclər Fonduna təşəkkürlərini bildirərək xoş təəsüratlarla iştirak etdiklərini bildirmiş və gələcəkdə də belə düşərgələrin təşkil olunmasının region gənclərinin tarixi abidələrimizin daha dərindən öyrənilməsi və təbliği baxımından böyük əhəmiyyətinın ola biləcəyini bildirmişlər.