Çapa göndər
"Onunla aramızda sevgi olmayıb" - Yaşar Nurinin həyat yoldaşından ŞOK AÇIQLAMA

18 sentyabr 2019 - 14:42

Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva illər sonra evlilikləri haqda heç kimə məlum olmayan sirləri açıb.

 Atv kanalında yayımlanan və Nanə Ağamaliyevanın aparıcılıq etdiyi Şou Atv proqramının bugünki qonağı Rəhimə Nuriyeva olub.

O, verilişdə Yaşar Nuri ilə evliliklərinin sevgi üzərində qurulmadığını bildirib: "Mən heç vaxt fikirləşmirdim ki, o ailəmizə qarşı nəsə pis bir hərəkət edər. Ümumiyyətlə kişinin öz ailəsinə qarşı mənfi bir hərəkət edəcəyini heç vaxt düşünməmişəm. Amma sən demə o hər şey edib. Sadəcə mən ağlıma sığışdırmamışam.Evə gec gəlibsə, düşünmüşəm ki, yəqin işi uzun çəkib. Onu heç vaxt sıxmamışam. Çünki, kişini nə qədər sıxsan, hər hansı bir mövzu ilə məşğul etsən, kişi bir o qədər çox bezər. Xüsusən də yaradıcı insan".