Çapa göndər
Bakı Uşaq Teatrı “Sehirli Tütək” tamaşası ilə yeni mövsümə start verəcək (+FOTO)

18 sentyabr 2019 - 02:19

Canveten.az xəbər verir ki,  Bakı Uşaq Teatrı 21 sentyabrda yeni mövsümə start verəcək Açılışda teatrın repertuarında yeni olan “Sehirli Tütək” tamaşası nümayiş olunacaq.

Azərbaycan xalq nağılı əsasında Maarif Məmmədovun ssenariləşdirdiyi  İntiqam Soltanın quruluşunda hazırlanan tamaşada  rolları  Rauf  Hüseynli, Mehman Piriyev,  Tofiq İsgəndərli, Natiq Fərzəliyev, Ədalət Ağaverdizadə, Könül Şahbazova, Gülər Ləzgiyeva, Qurban Əhmədov,  Turə Qasımlı, Gülnarə Abbasova,  Emin Balayev,  Nərminə Məhərrəmova  ifa edirlər. Tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkar Mahir İbrahimlidir. Tamaşanın müddəti 1 saatdır.

Açılış mərasimi  21 sentyabr saat 12:00-da teatrın müvəqqəti yerləşdiyi Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət sarayında keçiriləcək.

Əziz teatrsevərlər, Sizləri teatr bayramımıza dəvət edirik!