Çapa göndər
"The Washington Times": Mehriban Əliyeva iqlim dəyişikliyinə necə qalib gəlməyin yolunu göstərir

27 avqust 2019 - 15:36

ABŞ cəmiyyəti iqlim dəyişikliyinin nəticələri ilə mübarizə üsullarının müzakirəsini davam etdirdiyi bir vaxtda Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva məsələni siyasiləşdirmədən karbon qazı tullantıları ilə mübarizədə qlobal modelə çevrilə biləcək taktikanı – ağacların əkilməsini sakit şəkildə həyata keçirir.

Bu barədə "Caspian Group Holdings"in direktoru Rob Sübhani "The Washington Times"da dərc edilənməqaləsində yazır:

"1990-cıildə Azərbaycana ilk dəfə səfər edərkən SSRİ-nin dağılmasından sonra ölkədə ətraf mühitin acınacaqlı vəziyyətdə olduğunu gördüm. Paytaxt Bakıda hava çirkli idi, aeroportdan Bakının mərkəzinə gedən yol boyunca praktiki olaraq ağac yox idi, bunun əvəzində neft təbəqəsi ilə örtülmüş gölləri müşahidə etmək olardı.

Mehriban Əliyevanın səyləri sayəsində hazırda Azərbaycanda kütləvi şəkildə ağaclarəkilir. Uzaqgörən Birinci xanım bütün dünyaya göstərir ki, məsələni qlobal problemə çevirmədən iqlim dəyişikliyinə necə qalib gəlmək, karbon qazının təhlükəli tullantıları ilə necə mübarizə aparmaq olar. Ağaclar böyüyəndə karbon qazını uzaqlaşdıraraq iqlim dəyişikliyini dayandırmağa kömək edir, bitkilər karbonu udaraq, atmosferə oksigen buraxır.

İsveçrə Federal Texnologiya İnstitutunun hesablamalarına görə, bu ağaclar böyüyür və onlar bəşəriyyətin sənaye inqilabından sonra atmosferə buraxdığı 330 milyard ton karbon qazının təqribən üçdə ikisini, yaxud 225 milyard ton karbon qazını saxlaya biləcək.

Azərbaycanda ağacların əkilməsi təkcə sovet dövründə dağıdılmış ekologiya ilə mübarizə aparmaq üsulu deyil, həm də ictimai sağlamlıqla birbaşa bağlıdır. Harvard Universitetinin ətraf mühitin sanitar vəziyyəti üzrə eksperti Linda Tomassonun sözlərinə əsasən, ağacların əkilməsinin inanılmaz üstünlükləri var, habelə havanın çirklənməsi və ağciyər xəstəlikləri arasında əlaqəni yumşalda bilər. Təəccüblü deyil ki, Azərbaycanda zərərli hissəcikləri havadan daha tez süzgəcdən keçirməyə imkan verən iriyarpaqlı ağacların əkilməsi ilə bağlı səylər göstərilir.

Birinci xanımda ağac əkməyə həvəs oyadan daha bir amil isə iqtisadiyyatdır. Yerli sakinlər ağacları əkərək, onların qayğısına qalırlar, bu da onlara gəlir gətirir. Azərbaycanın IDEA qeyri-hökumət təşkilatı gənclərin vəziyyətini yaxşılaşdırmaq üçün ağacların əkilməsini əla fürsət kimi dəyərləndirir və təəccüblü deyil ki, "Coca-Cola"şirkəti Azərbaycan Diplomatik Akademiyası Universiteti ilə əməkdaşlıq edərək, 2020-ci ilədək 100 min ədəd ağac əkməyi planlaşdırır.

Mehriban Əliyevanın ağacların əkilməsi üzrə təşəbbüsü və onun qlobal nüfuzu ABŞ-ın "Eden Projects" xeyriyyə təşkilatı tərəfindən dəstəklənib. "Eden Projects" bu yaxınlarda Mozambikdə 2,2 milyon ədəd ağac əkib.

Təşkilatın baş direktoru Stiv Fitçin sözlərinə görə, ağacların əkilməsi kəndlərdə məşğulluğu artırıb və risk qrupuna daxil olan gənclərə kömək edib.

Mehriban Əliyevanın ağacların əkilməsi ilə bağlı kampaniyası qlobal miqyasda dini dözümlülük, qarşılıqlı anlayış və əməkdaşlıq işində çox vacib rol oynayır. Dünyanın bütün əsas dinləri Tanrının hədiyyəsi olaraq ağacların əkilməsini təşviq edir. Məsələn, Tu Bişvat bayramı zamanı ağacların əkilməsi İudaizmdə həmişə böyük ehtiram görüb.

"Quran" və hədislərdə Allah adına ağacların əkilməsi haqqında bir çox xatırlatma mövcuddur. "Bibliya"da ağaclar "qida üçün faydalı"kimi göstərilir. Ağacların əkilməsi üzrə qlobal kampaniya müxtəlif dini inancı və əqidəsi olan insanları birləşdirə bilər. "Vos Foundation"un məlumatına görə, bir ağacın əkilməsi təqribən 10 sentə başa gəlir, müvafiq olaraq, birtrilyon ağacın əkilməsi 100 milyard dollara başa gələcək.

İbrətli hekayə kitabında deyilir: "Görmə qabiliyyətinin olmadığı yerdə insanlar ölürlər".

Azərbaycanın Birinci xanımı planetimizi necə qoruya biləcəyimiz üzrə baxış bucağını ortaya qoyub. Dünya liderlərinin bütün dünyada və hətta öz həyətlərində ağaclar əkmək yolu iləiqlim dəyişikliyi problemlərinin həllinin bu metodunu tətbiq etməsinin artıq vaxtı çatıb"