Çapa göndər
“Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb (+FOTOLAR, +VIDEO)

17 avqust 2019 - 00:53

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb.

Yarışların nəticələrinə və hakimlərin qərarına əsasən 12 komandanın qatıldığı müsabiqədə toplanılan ballara uyğun olaraq Qazaxıstan komandası birinci, Rusiya komandası ikinci, Özbəkistan komandası üçüncü, Azərbaycan komandası isə dördüncü yerlərə layiq görülüblər.

“Artilleriya atəşinin ustaları” müsabiqəsinə təntənəli bağlanış mərasimi ilə yekun vurulub.