10 avqust 2019 - 23:06
Azərbaycan Ordusunun hərbi tibb işçilərinin də iştirak etdiyi “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsi keçirilib.
Azərbaycan hərbi həkimləri “Estafetin ən yaxşı sürücü mexaniki” adı uğrunda mübarizədə digər ölkələrdən olan həmkarları ilə birlikdə bacarıqlarını nümayiş etdiriblər.