09 avqust 2019 - 20:41
“İnsan cəhənnəmin atəşini özü üçün elə bu dünyada hazır edir və həqiqi dadını isə axirətdə hiss edir…”
Cəhənnəm atəşini çoxları belə xəyal edir ki, bir qədər odun toplayırlar və üzərinə neft töküb yandırırlar. Bu yolla da cəhənnəmi yaradırlar.
Halbuki, əgər dünyamıza nəzər salsaq görərik ki, cəhənnəmin bir hissəsi elə bu dünyada baş verir. Cəhənnəm, insan daxilində olan atəşdir. Həsədin, təkəbbürün atəşidir. Zülmün, həsrətin atəşidir.
Fəsad və nifaqın atəşidir. Riyanın atəşidir.
Bu atəş çubuğun və ya odunun atəşi kimi deyildir. Məsələn, alçaq bir insan başqalarına həsəd apardığına, başqalarına zülm etdiyinə görə atəşə tutulmuş və nəfsinin əsiri olmuşdur. Elə bu dünyada onun əzab və əziyyətini çəkməkdədir. Daxili əzabla doludur.
Ancaq elə ki, axirət aləminə daxil olar, daxilindəki bu atəşlər zahirə çıxar və onu zahirdən yandırmağa başlayarlar.
“Şübhəsiz, mömin kişilərə və möminə qadınlara əzab və işkəncə verib sonra da tövbə etməyən kimsələr üçün cəhənnəm(in cürbəcür) əzabı və yandırıb-yaxan atəş əzabı vardır”. (“Buruc” 10).
“(Bu atəş sözlə və dartmaqla) çağırır haqqa hər bir arxa çevirəni və (Allahdan və Onun dəvətindən) üz döndərəni”. (“Məaric” 17).
Ona görə də deyə bilərik ki, insan cəhənnəmin atəşini özü üçün elə bu dünyada hazır edir və həqiqi dadını isə axirətdə hiss edir. Əgər bu atəş dünyada sönmüş olsaydı, əslində axirətdə cəhənnəm atəşi şəklində onu yandırmazdı. (Tebyan)
/Deyerler.org/