Çapa göndər
“Elm” nəşriyyatının yeni loqosu və şüarı açıqlanıb

08 avqust 2019 - 13:58

Canveten.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatının yeni loqosu və şüarı müəyyənləşib. “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov bu barədə verdiyi açıqlamada bildirib ki, müəssisənin korporativ imicinin yenilənməsi istiqamətində işlər ““AMEA”-nın “Elm” nəşriyyatının fəaliyyətinintəkmilləşdirilməsi üzrə 2019-2020-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq həyata keçirilir: ““Elm” nəşriyyatının yeni loqosu elm və kitabın simvolik vəhdətindən ibarətdir. Loqo cəmiyyətin intellektual tərəqqisini təmin edən elmindəyərli kitabların mütaliəsindən doğması fikrini özündə ehtiva edir. Nəşriyyatın şüarı isə “Elm – tərəqqiyə aparan yol”dur.“Elm” nəşriyyatı bu yola işıq tutacaqfundamental, tətbiqi və eksperimental tədqiqatların nəticəsi olan sanballı akademik nəşrlərlə yanaşı, elmi geniş ictimaiyyətə çatdıracaq elmi-populyar ədəbiyyatların danəşriniqarşısına məqsəd qoyub”. Səbuhi Qəhrəmanov onu daqeyd edib ki, sözügedən Tədbirlər planına əsasən, müəssisənin işini müasir tələblər səviyyəsində qurmaq üçün kompleks tədbirlər həyata keçiriləcək.