Çapa göndər
“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 30-cu sayı nəşr olunub (+FOTOLAR)

02 avqust 2019 - 00:35

Canveten.az xəbər verir ki, “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 30-cu sayı işıq üzü görüb.

Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin gündəliyi, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr yer alıb.

Jurnalın bu sayında t.e.d., prof. Vidadi Muradovun “”Azərbaycan Qaraqoyunluları: yurdlar və xalçalar” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu), sənət.ü.f.d.Elşad Əliyevin “Dünyanın müxtəlif yerlərində antik və müasir geyimlər” nəşrində Səfəvi geyimlərinin təsviri (AMEAMemarlıq və İncəsənət İnstitutu), fil.ü.f.d Məleykə Məmmədovanın “Azərbaycan və Anadolu folklorunda Ramazan və Qurban bayramı” (AMEA Folklor İnstitutu),t.e.d. İlhamə Məmədovanın “Çay ənənəsi” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu), t.ü.f.d. Vüsalə Veysəlovanın “XIX-XX əsrin əvvəllərində Gəncəbasar bölgəsində zərgərlik sənəti” (Gəncə Dövlət Universiteti), t.ü.f.d. Bəhlul İbrahimlinin “Oğuz xalçaları- naxışlarla yazılmış tarix”, t.ü.f.d. Tahir Şahbazovun “XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Şimali Azərbaycanda etnodemoqrafik vəziyyət” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu), AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru Ərtəgin Salamzadənin “Cənub bölgəsinin əlvan rəngləri”, Ellada Abbasovanın “Bayram xalqın mənəvi aynası kimi”(AMEA Memarlıq və İncəsənət İnstitutu), t.ü.f.d Məlahət Fərəcovanın “Ovçular mağarası”, t.ü.f.d. dos. Anar Ağalarzadənin “Son Tunc- ilk Dəmir dövründə Azərbaycanın cənub-şərq bölgəsinin maldarlıq təsərrüfatı”  (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu) və s. kimi materiallar yer alıb.

Jurnalın baş redaktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru, professor Vidadi Muradovdur.       

Oxucular jurnalın elektron variantı ilə http://azerilme.az/Azerbaycan-xalcalari/2018N30/  ünvanında tanış ola bilərlər.