27 iyul 2019 - 00:15
**"Saqiyi-vəhdət meyindən dilbəri-mövlayı gör,
Gəl ki məstani-ələst ol, bu' məhəl övlayı gör."**
Aşiq isən ismi pünhana əgər, eylə sücud,
Eyləyib razu niyaz, müştaqi ol, əlayı gör.
Aç bəsirət çeşmini, ol lövhi-idrakdan əyan,
Ver həqiqi aləmə könlün ki, həq sevdayı gör.
Nitqü elmi ol Əli mövladan əxz eylə təmam,
Şəhri-elmin ərkanından qətreyi-dəryayı gör.
Ərseyi-həqdə göz aç, seyr et nigarın hüsnünü,
Hikməti ümmul kitab, həm yasinü tahayı gör.
Bənzərin yoxdur Nəsimi nitqinə, Mehri, düşün,
Bax Süleyman nitqinə, gəl alimu danayı gör.
*İşarə olunmuş beyt Nəsiminindir.
Vüsalə VƏTƏNXAN Mehri. / 09.08.2018