Çapa göndər
Təhsil Nazirliyi,bütün regional və rayon şöbələri...RÜŞVƏTlə idarə olunur! - Tapdıq Abbas iddia edir..

25 iyul 2019 - 21:22

Təhsil Xalqın bu günü, sabahı və gələcəyidir. Ümummilli Lider hakimiyyətdə olduğu dövrlərdə təhsilə xüsusi diqqət etməsi təsadüfi hal deyildi. Ölkə Prezidenti cənab İlham Əliyev bu missiyanı çox uğurla həyata keçirmək üçün bütün imkanları yaradıb. Lakin Təhsil Naziri Ceyhun Bayramov cənab Prezidentin ölkənin təhsil sisteminə verdiyi önəmin məsuliyyətini hələ də lazımınca hiss etmir. Təhsil Nazirliyi, bütün regional və rayon şöbələri qapıçıdan nazirin özünə qədər tam RÜŞVƏTlə idarə olunur! Bu, Xalqa, Dövlətə və cənab Prezidentə xəyanətdən başqa bir şey deyil!!!