22 iyul 2019 - 16:47
"Neftçi"nin rəqibi Tula "Arsenal"ı ötən əsrin 70-80-ci illərində SSRİ çempionatının ll dəstəsində çıxış edib. Orta, gənc nəsil üçün maraqlı olar, ll liqada Azərbaycan daimi olaraq 5 komanda ilə təmsil olunurdu...
SSRİ dağıldıqdan sonra da 90-cı illərdə "Arsenal" Rusiya çempionatının ll dəstəsində çıxışlarını davam etdirib. Hətta əsrin ilk onilliyində komanda həvəskar statusa enib və daha aşağı, həvəskarlar liqasında oynayıb...
"Neftçi" 2012-ci ildə tarixi qrup qazananda "Arsenal" həvəskar komandadan peşəkarlığa keçərək növbəti mövsümdən yenidən ll liqada çıxış etməyə başlayıb...
Təəssüf ki, son 4-5 ildə "Neftçi"nin enişi, "Arsenal"ın dirçəlişi paralellik təşkil edir. İlk olaraq l dəstə, sonradan isə Rusiya Premyer liqasına vəsiqə qazanılıb və geri dönülüb. Avroliqa qarşılaşması paralelliyi dəyişməlidir...
"Arsenal"ın uğurları əsasən 2016-dan, prezident dəyişikliyindən sonra baş verib. Kluba 80-90-ların tanınmış futbolçularından olmuş, indi isə funksioner olan Quram Adjoyev prezidentlik edir...
Son illər komanda hər mövsüm baş məşqçi dəyişir. Maraqlıdı ki, klub daha da irəli gedir.
20 minlik stadionlarına çempionatda orta hesabla hər oyuna 10 min azarkeş toplaşır...
SSRİ/Rusiya məkanında nəinki top-klublar, heç ortabablar sırasında olmayan "Arsenal" Avroliqada "Neftçi" ilə ilk oyununa çıxacaq...