Çapa göndər
Gələn il AMEA-nın 75 ilik yubileyi qeyd ediləcək

17 iyul 2019 - 17:50

Canveten.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bu gün keçirilən iclasında “AMEA-nın 75 illik yubileyinə həsr olunmuş Tədbirlər planı” müzakirə edilib.

Bildirilib ki,2020-ci il martın 27-də AMEA-nın yaradılmasının 75 ili tamam olacaq. Akademiyanın 75 illik yubileyinin yüksək səviyyədə keçirilməsi məqsədilə yubileylə bağlı Tədbirlər planının hazırlanması üçün Rəyasət Heyətinətəkliflərverilib və geniş müzakirə olunaraq planı tərtib edilib.

İclasda məsələ ilə bağlı müzakirədən sonra Tədbirlər planı təsdiqlənib. Sənəddə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı zəruri elmi, elmi-təşkilati və digər tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.