08 iyul 2019 - 17:12
Evin ruh halına, psixoloji tarazlığa qadın cavabdehdir kimi iddialar tez-tez səslənir. Bu fikrlə tam razılaşan kişi evin bütün məsuliyyətini qadına ötürərək azadlıq və sərbəstliyə qovuşur, qadın isə məsuliyyət yükünü tək daşımalı olur.
“Özün günahkarsan!”
Əgər kişi düşünürsə ki, ailənin psixoloji tarazlığı yalnız qadına aiddir, o halda özünü daha kobud və dözülməz aparmağa başlayır. Keyfi yoxdursa, yorğundursa, günahı qadında görür. Uşaqlar evdə səs-küy salırsa, bunun da günahı anadadır, yetərincə tərbiyə verməyib deyir. Kişinin işlərinin düz gətirməməyinin, çoxlu pul qazanmamağının
da səbəbkarı qadındır, onu lazımlı istiqamətə yönəltməyib.
“Mən özüm günahkaram”.
Qadın evin bütün məsuliyyətni öz üstünə götürürsə, ən xırda anlaşılmazlıqlarda özünü günahlandırır və psixoloji gərginlik yaşayır. Ağır yükdən xilas olmaq üçün imkansız çıxış yollarına əl atır. Ailəsi, həyat yoldaşı üçün özünü fəda edir, nəyin bahasına olursa-olsun onu razı salmağa çalışır, amma nə qədər əziyyət çəksə də, alınmır. Qadın bir şeyi unudur ki, fədakarlıqları sayəsində qarşısındakı insanın sərhədlərini genişləndirir və tələblər artdıqca artır.
Nəticə olaraq qadın xroniki yorğunluq, məyusluq, uğursuzluq hissindən əziyyət çəkir, hər xırda problemlə bağlı günahı özündə axtarır, bacarıqsız və lazımsız olduğunu düşünür.
“Siz eyni gəmidəsiniz”.
Ailədə baş verənlərə bir nəfər cavabdehlik daşıya bilməz, bu istər qadın olsun, istərsə də kişi. Anlaşılmazlıqları da, sevincli və xoşbəxt anlar kimi hadisənin bütün üzvləri yaradır. Evlilikdə problemlər varsa, bunu istəyərək, yaxud istəməyərək olsa belə hər iki tərəf yaradıb, deməkdir. Deməli, problemlərin həlli üçün təktərəfli deyil, ikitərəfli mübarizə aparılmalıdır.