Çapa göndər
Dəvət məktubu - "Gənclər təşkilatları arasında gender bərabərliyinin təbliği istiqamətində təlimlərin təşkili” tədbiri (FOTO)

05 iyul 2019 - 11:52

Canveten.az xəbər verir ki, sizləri 6-7 İyul 2019-cu il tarixində saat 10:00-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzində keçiriləcək "Gənclər təşkilatları arasında gender bərabərliyinin təbliği istiqamətində təlimlərin təşkili”  tədbirinə dəvət edirik.

 

Tədbir haqqında:

 6-7 İyul tarixlərində Gənclərin İnkişaf və Karyera Mərkəzində keçiriləcək "Gənclər təşkilatları arasında gender bərabərliyinin təbliği istiqamətində təlimlərin təşkili” layihəsi, Bakı və regionlarda fəaliyyət göstərən gənclər təşkilatlarının üzvlərini bir araya gətirəcək.

Layihə, BMT tərəfindəm qəbul olunmuş 2030 Gündəliyini və 5-ci Dayanıqlı İnkişaf Məqsədi olan Gender bərabərliyini əsas tutaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilir.

Təlimçilər qismində Azərbaycan Respublikası gənclər və idman  nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik-Araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova, UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dəstəyi Şurasının analitik təhlil və elektron xidmətlər üzrə məsləhətçisi Elnur Bağırlı, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Avropa Şurasının təlimçi bazasının üzvü Pərvanə Məmmədova çıxış edəcəklər.

Tədbirdə iştirak etmək istəyən media nümayəndələrindən (+994 77) 421 11 32 (İctimaiyyətlə Əlaqələr üzrə katib Günel Salayeva) nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )