Çapa göndər
İyulun 2-də Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib (+FOTOLAR)

05 iyul 2019 - 11:28

Canveten.az xəbər verir ki,  02 iyul 2019-cu il tarixdə Xocavənd qəsəbəsi Rayon Mədəniyyət evində Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hisənin əsgər və zabitləri, polis veteranları, polis şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.Polis Şöbəsinin şəxsi heyəti və polis veteranları ilk öncə Rayon Polis Şöbəsinin həyətində Şəhid polis əməkdaşlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyaraq xatirələrini yad etmişər. Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzmüş və ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov öncə polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib, polis əməkdaşlarının torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında misilsiz rəşadət və şücaətlər göstərdiyini, respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə müstəsna xidmətləri olduğunu bildirmişdir. Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışan başçı, hazırda polis işçilərinin ölkəmizdə təhlükəsizliyin etibarlı təminatçısı olduğunu diqqətə çatdırmışdır. Başçı ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, polis orqanlarında da köklü islahatların həyata keçirildiyini və hazırda Cənab Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini qeyd etmişdir. Başçı eyni zamanda, dövlət hakimiyyəti və yerli özünüidarətmə orqanlarının, vətəndaşların polisə öz vəzifələrini yerinə yetirməkdə kömək göstərməli olduqlarını söyləyib. Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Xəyyam Mirhüseyinov çıxışında Azərbaycan polisinin cinayətlərin qarşısının alınması, ictimai qaydanın və təhlükəsizliyin qorunması, eyni zamanda insan hüquq və azadlıqlarının təmin edilməsi kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini, hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdiyini diqqətə çatdırıb. Azərbaycan polisinin Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyini söyləyən rəis Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfərinin bu müharibədə şəhid, 681 nəfərinin isə əlil olduğunu, eyni zamanda, 67 nəfər polis əməkdaşının Milli Qəhrəman adına layiq görüldüyünü qeyd edib.
Rayon Prokuroru Namiq Muradov, DTX Qarabağ İdarəsi Xocavənd rayon bölməsinin rəisi Namiq Qarayev, N saylı hərbi hissənin zabiti cıxış edərək Azərbaycan Polisinin dövlətçilik və ictimai asayişin qorunmasındakı rolundan danışıb, polis işçilərini peşə bayramları münasibətilə təbrik edərək, Azərbaycan polisinə insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını qorumaq kimi məsuliyyətli işində uğurlar arzulayıblar. 
Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun Daxili İşlər Orqanlarının şəxsi heyətinə təbrik məktubu oxunub, Nazirin əmri ilə Azərbaycan Polisinin yaranmasının 101-ci ildönümü münasibətilə bir neçə polis əməkdaşının təltif olunması qeyd edlib. Tədbirin sonunda səmərəli fəaliyyətləri ilə fərqlənən Rayon Polis Şöbəsinin bir qrup əməkdaşına İcra Hakimiyyətinin “Fəxri fərman”ı təqdim edilib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )