Çapa göndər
Lənkəranda “Qarabağ savaşında əlil olan qazilərimizin tanınması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə dair tədbirlərin təşkili” layihəsinin icrası müzakirə olunub + FOTOLAR (AZpress.AZ – B.Ağaddin)

05 iyul 2019 - 11:19

Canveten.az xəbər verir ki,  iyulun 3-də “Yayım” Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə həyata keçirilən “Qarabağ savaşında əlil olan qazilərimizin tanınması və gənclərin  vətənpərvərlik ruhunda tərbiyəsinə dair tədbirlərin təşkili” layihəsinin icrası ilə bağlı toplantı keçirilib. AZpress.AZ xəbər verir ki, toplantıda layihə üzvləri, ekspertlər, tədbirin keçirildiyi Lənkəran rayonunun Viravul kənd 1 saylı və Vilvan kənd orta məktəblərinin pedaqoji kollektivləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

     Toplantını giriş sözü ilə açan layihənin kordinatoru, “Yayım” Assosiasiyası İctimai Birliyinin sədri Yaşar Zeynalov həyata keçirilən layihənin icra durumu, qarşılaşdıqları problemlər və bu problemlərin həlli istiqamətində görülən tədbirlər barədə danışıb. Bildirib ki,  layihənin icrasında bütün müvafiq təşkilatlar yaxından köməklik göstəriblər. Buna görə də o, keçirilən tədbirlərdə fəal iştirak edənlərə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  və “ Yayım” Assosiasiyası adından iştirakçılara təşəkkürünü bildirib.

        Viravul kənd 1 saylı orta məktəbinin direktoru Azər Rəcəbli layihənin mahiyyətini alqışlayaraq növbəti dərs ilində belə tədbirlərin birgə keçirilməsində maraqlı olduğunu qeyd edib.

          Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı mütəxəssisi Cəmil Axundzadə “Yayım” Assosiasiyasının son üç ildə rayonda həyata keçirdiyi layihələrin müsbət aurasının təmsil etdiyi qurumun diqqətini çəkdiyini və yaxın günlərdə təşkilata rəsmi surətdə təşəkkür olunması məsələsinə baxılacağını bildirib.

         Qarabağ qazilərindən Malik Əhədov və Zəki Əhədli çıxışlarında “Yayım” Assosiasiyasının növbəti layihələrində də məmnuniyyətlə iştirak edəcəklərini vurğulayıblar.

         Tədbirin sonunda “Yayım” Assosiasiyası adından layihənin icrasında fərqlənənlərə təşəkkürnamə və layihənin mövzusu ilə bağlı esse yazan 4 məktəbliyə  diplom  təqdim  edilib.   

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )